Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın sabiq futbolçusu karantinə alındı

25 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

Press.az xəbər verir ki, cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında özü deyib. Çində koronavirus epidemiyası yayılmağa başlayanda Cənubi Akrikaya yollanan forvard artıq geri qayıdıb.  O, Çində vəziyyətin yaxşılığa doğru getdiyini bildirib:

“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Ancaq artıq Çində bu viusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacağam”.

Xatırladaq ki,  Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI