Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın idman təşkilatları “Tokio 2020”ni təxirə salmağa çağırırlar

22 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın bir çıx idman təşkilatları qlobal pandemiya şəraitində “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmasına çağırırlar.

Yaponiya KİV-ləri yazıb ki, belə bir çağırışla ABŞ-ın Üzgüçülük Federasiyası çıxış edib. Bu federasiya qlobal pandemiya ilə əlaqədar olaraq bütün dünyada vəziyyətin gərginləşməsini nəzərə almağa və “Tokio 2020” Olimpiadasını bir il müddətinə təxirə salmağa çağırıb. Federasiyanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, amerikalı idmançılar pandemiya qorxusuna görə böyük təzyiq altındadırlar və narahatlıq keçirirlər. Lakin əslində yarışlar zamanı idmançıların sağlamlığı və rifahı əsas prioritetlərdən biri olmalıdır.

ABŞ-ın Yüngül Atletika Federasiyası da bu ölkənin Olimpiya və Paralimpiya Komitəsini “Tokio 2020” Oyunlarının təxirə salınması ideyasına dəstək verməyə çağırıb.

Xatırladaq ki, martın 20-də Norveçin Olimpiya və Paralimpiya Komitəsi pandemiya tam nəzarətə alınmayadək Oyunların təxirə salınmasının vacibliyini bildirib (Azərtac).

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI