Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Artetanı, Sulşeri qabaqladı - 1-ci oldu

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Press.az liqanın saytına istinadən xəbər verir ki, "Bernli"nin çalışdırıcısı Şon Dayç ötən ayın ən yaxşı seçilib. O, bu mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Ole-Qunnar Sulşer ("Mançester Yunayted") və Kris Uelderi ("Şeffild Yunayted") qabaqlayıb. Beləliklə, 48 yaşlı mütəxəssis karyerasında ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, "Bernli" fevralda ölkə çempionatında heç bir matçda uduzmayıb. Komanda Dayçın rəhbərliyi altında "Arsenal", "Nyukasl" və "Tottenhem"lə heç-heçə edib, "Sauthempton" və "Bornmut"a qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI