Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa üçün mühüm qərar günü – Bu gün UEFA toplanır

17 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Avropanın 55 futbol federasiyasının rəhbərlərinin, Avropa Klublar Assosiasiyasının (ECO) Beynəlxalq Peşəkar Futbolçular Federasiyası Assosiasiyasının (FİFPro) nümayəndələrinin iştirakı ilə videokonfrans keçirəcək.

Press.az xəbər verir ki, toplantının yekununda mühüm qərarlar veriləcəyi bildirilir. Xüsusən bu il iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan Avropa çempionatının gələn yaya kimi təxirə salınacağı gözlənilir. Kiçik bir ehtimala görə isə “Avro-2020” bu ilin dekabrında da ola bilər. Bundan başqa, yerli liqaların yayda başa çatdırılması barədə qərar veriləcəyi bildirilir.

Toplantıda Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərarlar da veriləcək. Hazırda təxirə salınan yarışlar yarımfinaldan etibarən “Dördlər final”ı formasında keçirilə bilər. Bu turnir üç oyundan (2 yarımfinal, 1 final) ibarətdir. Matçların İstanbul (Çempionlar Liqası) və Qdanskda (Avropa Liqası) təşkil edilməsi təklif olunacaq.

Qadınlar arasında Avropa çempionatı, eləcə də U-21-lərin qitə çempionatının da başqa tarixə keçiriləcəyi ehtimal edilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI