Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vida mərasimində göz yaşlarını saxlaya bilmədilər - Video

25 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Los-Ancelesin (ABŞ) “Staples Center” arenasında ABŞ-ın Milli Basketbol Assosiyasiyasının (MBA) beş qat çempionu Kobi Brayantla vida mərasimi keçirilib.

Press.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasimdə 30 minə yaxın insan iştirak edib. Mərhumun həyat yoldaşı Vanessa Brayant, “Los-Anceles Leykers”in tərkibində altı dəfə MBA çempionu olan Maykl Cordan,  MBA çempionu Şakil O`nil və MBA ulduzu Diana Taurazi çıxış edərək əfsanəvi basketbolçu barədə xatirələrini bölüşüblər. Onlar nitq zamanı göz yaşlarına hakim ola bilməyiblər.

Müğənnilər Beyonse və Kristina Aqilera musiqi kompozisiyaları ilə çıxış ediblər.

Qeyd edək ki, Kobi Brayant və qızı yanvarın 26-da helikopter qəzasında həlak olublar.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI