Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"TV-lərdəki şou verilişlərə yaraşan şəxslər" – Bu dəfə Cavid Tağızadə

23 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“TV-lərdəki şou verilişlərə yaraşan şəxslər” adlı xəbərlərimizə uyğun,  bu dəfə Cavid Tağızadə adlı müğənni haqqında xəbəri sizlərə təqdim edirik.

Press.az xəbər saytı vaxt-vaxt sosial şəbəkələrdə izləyicilər tərəfindən çox bəyənilən, lakin TV -lərdəki şou verilişlərdə az və ya demək olar heç bir zaman görünməyən, çox möhtəşəm səsə malik müğənnilərin, həmçinin istedadlı şəxslərin xəbərlərini öz izləyicilərinə təqdim edir.

Bu dəfə Cavid Tağızadə adlı müğənninin bütün paylaşımlarını təhlil etdik.

Cavid Tağızadə əsasən səsləndirdiyi “Səndən sonra” adlı mahnı ilə böyük rəğbət qazansada, digər bir neçə mahnılarıda çox bəyənilib.

Müğənninin  “İnstagram” səhifəsindəki izləyicilərin 80% -i məhz bu mahnını təkrar-təkrar dinləməkdən bezmədiklərini ifadə edərək C.Tağızadədən məhz bu mahnını canlı oxumağını xahiş edirlər. Bu şərhlər bizləridə müğənninin mahnılarını dinləməyə bu mahnıdan başlamağı məcbur etdi.

 

Mahnının yumşaqlığı və qulağa xoş gələn səs insanı o qədər valeh edir ki, ilk mahnıdan Cavid Tağızadənin TV-lərdə və yerli KİV-lərdə daima görünməyə tam laiqli birisi olduğu qənaətinə gəldik.

Türkiyədə və Azərbaycanda kiçik səhnələrdə dinləyiciləri üçün mahnılar səsləndirən C. Tağızadə özünün bəstələdiyi “Sənsiz olmur” adlı mahnısının sözlərini Hidayət İmişli yazır və mahnının ərsəyə gəlməyində onlara aranjimançı Nazim Məmmədli yardımcı olur. Beləliklə daha bir mükəmməl bir sənət əsəri ərsəyə gəlir. Klip çatışmamazlığını isə rejissor Ceyhun Mehdixan tamamlayır. Rejissora operator olaraq Elvin Əsgərovun köməkliyi ilə klip “Youtube”-də izləyicilərə təqdim edilir.

Beləliklə bu iki mahnını və klipi təqdim edərək, sizləri Cavid Tağızadənin digər mahnılarını dinləməyə dəvət edirik.

 

Qeyd: Görünüşü və səsi olmayan, əxlaqsız və mədəniyyətdən uzaq olan şəxslərin TV-lərdə tamaşaçılara özlərinə tərif yağdırması, həmçinin əxlaq və mədəniyyət dərsləri keçməsi seyircilərdə ikrah hissi yaradır və kəskin etirazlara səbəb olur. Bizlərdə Press.az saytı olaraq  nümunəvi, layiqli şəxsləri izləyicilərə təqdim etməyə özümüzə borc bilirik. Əlavə olaraq bu paylaşımlar saytımızın tərkibində fəaliyyət göstərən, sosial şəbəkələrdəki (FB, İnstagram) 80 mindən çox izləyicisi olan səhifələrimizdədə paylaşılır.

Oxşar xəbərlər
OTACI