Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başladı

25 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış po-losu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turniri davam edir.

Press.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətə-ni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbi-ətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar di-yarı olmasını nümayiş etdirir.

24 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Badrutt’s Palace Hotel” komandası ilə qarşılaşmışlar.

1985-ci ildən etibarən 36 illik tarixə malik qar üstündə dünya kubokunun daimi iştirakçılarından olan, oyunçularının handikapı çox yüksək olan “Badrutt’s Palace Hotel” komandası idmançılarımızın müqavimətini dəf edə bilməmişdir. Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 8-4 hesabı ilə məğlub etmiş-lər. Baş məşqçisi Namiq Orucov olan komandamızın kapitanı Elçin Camallı qarşılaşmada xüsusi fərqlənmiş, digər oyunçular – Rəşad Həsənov, Əli Rzayev, Pato Bolanteiro, Agustin Kronhaus, Santiago Marambio də ümumi qələbənin əldə olunmasında mühüm töhfə vermişlər.

Günün digər qarşılaşmasında “St. Moritz” komandası 6:31/2 he-sabı ilə “Mazetati” komandasına qalib gəlmişdir.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da “St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də qalibiyyət əldə edərsə birbaşa finala yüksələcəkdir.

Turnirdə "Land of Fire" komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə iştirak edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI