Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UFC idmançısı iki qızla eyni anda döyüşdü və... - VİDEO

25 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı MMA döyüşçüsü Qrent Douson sevgilisi Elli Vaqman (o da döyüşçüdür) və onun rəfiqəsi Laura Sanko ilə sparrinqə razılaşıb.

“Obozrovatel”in məlumatına görə, bununla bağlı video Sankonun “Twitter” hesabında paylaşılıb.

25 yaşlı Douson eyni anda iki rəqibi ilə döyüşüb və qalib gəlib.

“Qrent dedi ki, ikimizin də öhdəsindən gələ bilər... və məlum oldu ki, düz deyir!”, - deyə Sanko şərh verib.

Qeyd edək ki, Douson Mütləq Döyüş Çempionatında (UFC) iştirak edir. Amerikalının aktivində MMA qaydalarına uyğun 14 qələbə və bir məğlubiyyət var.

Vaqman hələlik peşəkar MMA-da çıxış etməyib. Onun hesabında biri qələbə və biri məğlubiyyətlə nəticələnən iki həvəskar döyüş var.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI