Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan klubu Çempionlar Liqasında iştirak edəcək

17 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 21-dən 25-dək Çempionlar Liqasının oyunları keçiriləcək.

Press.az xəbər verir ki, turnirdə ölkəmizi eşitmə məhdudiyyətli əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.

Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq. “Ulduz” yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada”, yanvarın 22-də saat 14:00-da “Potenza” komandası ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI