logo
First slide

AFFA-dan şok cəzalar – 28 nəfəri futboldan “sildilər”

13 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Press.az xəbər verir ki, iclasla sərt qərarlar qəbul olunub.

Bununla bağlı Peşəkar Futbol Liqasının yaydığı xəbərdə deyilir ki, I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Turan Tovuz”

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

Məmmədov Rüfət – futbolçu

Tağıyev Eltay – futbolçu

Quluzadə Şahin – futbolçu

“Ağsu”

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

Kərimov Ramil – futbolçu

Mustafayev Vüsal – futbolçu

Məmmədov Kənan – futbolçu

“Zirə-2”

Əliyev Səbuhi – futbolçu

"Uğur FK" (Region liqası)

Məhərrəmov Cəmşid – futbolçu

"Ağsu Siti" (Region liqası)

Alhüseynli Tuqay – futbolçu

"Alyans FK" (Region liqası)

Rəhimli Cəmil – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Oxşar xəbərlər