logo
First slide

İş adamından evlilik təklifi alan cazibədar aktrisa: "Əsil peşəm tibb bacısıdır" - FOTOLAR

26 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bir neçə kanaldan aparıcı olmağım üçün təkliflər var amma hələki bu barədə düşünmürəm".

Azərbaycanlı model-aktrisa Aytəkin Babazadə Azmedia.az-a müsahibə verib.

- Yaxın gələcəkdə, sənətinizlə bağlı planlarınız varmı?

Bəli var. Yəqin ki, ilk olaraq bu barədə açıqlamanıda elə ekslusiv olaraq sizinlə paylaşacam. Bir neçə kanaldan aparıcı olmağım üçün təkliflər var amma hələki bu barədə düşünmürəm. Yeri gəlmişkən deyim ki, dekabrın 15-də baş tutacaq “Gold Night” adlı konsertimizə hazırlaşırıq. Konsertin aparıcısıda mənəm.

- Həm model, həm aktrisasınız. Özünüzü daha çox hansı sahədə peşəkar görürsünüz?

Əslində hər iki sahə mənə yaxındır və ikisində də özümü peşəkar görürəm, amma hal-hazırda bəzi dırnaqarası model və aktrisaları o qədər çox görürem ki, bu barədə danışmaqda istəmirəm. 

- Xəyalınızda canlandırdığınız, oynamaq arzusunda olduğunuz obraz varm?

Bəli var.

- İnstagram hesabınıza göz gəzdirdikdə cox sintimental insan olduğunuz hiss olunur. Bununla razısınızmı?

Bəli razıyam, düzdür.

- Belə bir ifadə işlətmisiniz ki, bizi gözü götürməyənlər elə öz içimizdəkilərdi, ətrafınızda paxıllığınızı çəkənlər çoxdurmu?

İnanın dəhşət çoxdur, mən nə paxıllıqlar görmüşəm. Amma şükür edirəm ki, o paxıllıq hissinin nə olduğunu mən bilmirəm.

- Aktrisa, model... Daha hansı bilmədiyimiz bacarıqlarınız var?

Əsil peşəm tibb bacısıdır və  kanalların birində teleaparıcı kimidə işləmişəm elə bu iki sahədədə özümü bacarıqlı görürəm.

- Boyunuz ne qederdir?

1.70

- Ürəyinizcədirmi?

Əlbəttə

- Qarşı cinisdə necə, hündürboy olması şərtdirmi?
Mənim üçün əsas xarakteridir, dürüst, diqqətcil və dəyər verməyi bacaran biri

- Elə bir aktyor varmı ki, onunla tərəf müqabili olmaq arzusundasız?

Xeyir elə bir arzum yoxdur.

- Modellikdən qabaq hansı işlə məşğul olmusuz.

Tibb bacısı işləmişəm

- Özəl xəstəxanaların birində yüksək maaşlı iş təklif etsələr gedərdizmi?

Bu sahədəki ən yüksək maaş belə məni qane etmədi elə ona görədə tibb bacısı işlədiyim zamanda ikinci iş olaraq kanalların birində “Həkim verlişi aparırdım.

- Yaxın gələcəkdə, sənətinizlə bağlı planlarınız varmı?

Bəli var. Yəqin ki, ilk olaraq bu barədə açıqlamanıda elə exklusiv olaraq sizinlə paylaşacam. Bir neçə kanaldan aparıcı olmağım üçün təkliflər var amma hələki bu barədə düşünmürəm. Yeri gəlmişkən deyim ki, dekabırın 15-də “Niaqara” restoranında “Gold Night” adlı konsertimizə hazırlaşırıq. Konsertin aparıcısıda mənəm.

Gözəl xanımsınız, ətrafınızda paxıllığınızı çəkənlər olubmu?

Bəli çox olub.

- Bəs həmkarlarınızın sizə qarşı olan  qısqanclığını hasısa bir addımlarından hiss etmisinizmi?

Əlbətdə. Bir dəfə mən və həmkarlarımdan biri eyni mağazanın geyimlərini nümayiş etdirməli omuşduq.  Həmin məkandan da geyimləri bir nəfər gedib seçib götürməli olurdu. Mən bədən  ölçülərimi deyirdim həmin xanımda gedib götürürdü. İnanırsız həmin xanım sırf mənim pis görünməyim üçün o qədər zövqsüz, əynimə böyük, uzun libaslar seçirdiki mən həmin an nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Sadəcə gülürdüm.

- Biraz şəxsi həyatınızdan danışaq, subaysınız? 

Mən heç vaxt bəziləri kimi, şəxsi həyatımı gündəmə gətirməyi sevməmişəm. Gətirənləri görəndə də ağlıma bir sual gəlir. İnsanın özəl həyatı niyə gündəmdə olmalıdır, həci tapmaq üçün? Mənim buna ehtiyacım yoxdur. Nə həci, nədə sponsorum var. Ruzini verən Allahdır.

- Heç olubmu ki, hansısa iş adamından, imkanlı şəxsdən evlilik təklifi alaısınız?
 Bəli olub, indi də var(gülür). Evlilik təklifidə, bahalı hədiyyə təklifidə. Amma mən qəbul etməmişəm, çünki imkanına güvənib, özündən razı insanları sevmirəm. Bu hərəkətimlədə onlara hər şey sizin istədiyiniz kimi olmalı deyil mesajını çatdırmağa çalışmışam. Və çatdırıramda. 

- Həcidən söz düşmüşkən, elçilərinizin içərisində həcidə olubmu?

Bəli olub. İmkanlı iş adamı olub, şou biznesdəkilərin dilindən desək həci. Çünkü o adam da namaz qılan, həc ziyarətinə gedən, kimsəsizlərə əl tutan biridir. Lakin qəbul etməmişəm. 
Həci söhbətini hələdə anlaya bilməmirəm. İş adamıda həci ola bilər, müəllimdə(gülür).

Fotoları təqdim edirik

Oxşar xəbərlər