logo
First slide

Nazilə Səfərli: Övladını internata atan valideynlərə normal baxıram - VİDEO

14 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qocalar evinə gedən insanlara çox normal baxıram.  

Bu sözləri məşhur şairə və söz ustadı Nazilə Səfərli ATV-də yayımlanan “Bizimləsən” sosial -ictimai proqramda dilə gətirib.  

Şairə valideyinlərini qocalar, uşaqlarını isə internata verən insanlara söylədiyi fikirlərlə dəstək çıxıb: 

“Valideyinlər öz övladlarını intertanata atır. Mən həmin valideyinlərin hərəkətinə normal baxıram. Əgər mən yoxsulluq, səfalət içində ölürəmsə, özümlə bərabər övladım da bu əziyyəti çəkirsə, çarəsi budur. Mən ana olaraq ayaq qalxana kimi dövlət mənə bir ay dəstək olsun. Nə olacaq? İki il dəstək olsun. Buna pis baxmıram”.  

Nazilə Səfərlinin söylədiklərinə populyar müğənni Afət Fərmanqızı da qoşulub: 

“Avropada imkanından aslı olmayaraq, yaşlı insanlar könüllü olaraq qocalar evinə üz tuturlar, “kurort” kimi. Amma bizim mental dəyərlərimiz var və bu, bizə məxsusdur. Övladını internat evlərinə verənə məzəli baxırlar, qocalar evinə gedəni də el qınağı deyilən bir şey var...”  

Verlişin digər psixoloq və ekspertləri isə ikilinin bu çıxışına etiraz olaraq, “Azərbaycanda yaşlı şəxslərin getdiyi və ya yerləşdiyi evlərə qocalar evi yox, kimsəsizlər evi adlandırılır”.  

Daha sonra proqramın aparıcısı Zaur Bəxşəliyev ilə ekspertlər arasında bu mövzuda aparılan müzakirə bir az da qızışıb.  

Ekspert xanım “Bir var insan kimsəsizdir, onun heç kəsi yoxdur, gedir orada qalır. Bir də var övladı ola-ola ondan imtina edilir, məcburən çöldə qalmamaq üçün üz tutur bu evlərə”.  

Oxşar xəbərlər