Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" APOEL-ə uduzdu

07 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Press.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşır.

Qrupda 4 xalla 2-ci olan “Qarabağ” səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan “Qarabağ”ı asan oyun gözləmədiyini demək olar.

Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

UEFA Avropa Liqası

7 noyabr

A qrupu

21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1 

Qollar: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)

Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).

Nikosiya. GSP stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI