Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İndidən nəyinsə qazanıldığını deyə bilmərik" - Zubir

16 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Press.az xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb.

- Hər bir görüşə motivasiya ilə çıxırıq. Amma onu da dərk edirik ki, bu qarşılaşma çempionatın vacib matçlarındandır. Ümid edirəm ki, bu qələbə "Sevilya" ilə keçirəcəyimiz oyunda da bizə kömək edəcək.

- Rəqibiniz ötən il çempion ola bilmədi. Bu il daha iddialı mübarizə aparmaq fikrindədir. Amma bu matç bir daha göstərdi ki, "Qarabağ" üstündür. Komandanız üçün çempionluq mübarizəsinin çox asan keçəcəyini demək olar?

- Bizi hələ uzun yol gözləyir. İndidən nəyinsə qazanıldığını deyə bilmərik. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Büdrəməməyə çalışacağıq.

- Növbəti oyununuzu "Sevilya"ya qarşı keçirəcəksiniz. Bu komandadan Bakıda xal almaq olar?

- "Sevilya"dan güclü oyunçular getsə də, yerinə yaxşıları da gəlib. İstənilən halda biz əlimizdən gələni etməyə çalışacağıq.

- Qrupdan çıxmaq şansı haqda nə deyə bilərsiniz?

- Bu barədə nəsə danışmaq düzgün olmaz.  Ən yaxşısını etmək istəyirik.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI