Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” çox yaxşı komandadır” - “Linfild”in rəhbəri

19 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Futbolda hər zaman arzularla yaşamaq lazımdır. İstənilən nəticə ola bilər. Amma biz həmçinin gerçəkçi insanlarıq. Başa düşürük ki, rəqibimiz “Qarabağ” çox yaxşı komandadır. Onlar bu yay “Dundalk”a da qalib gəliblər”.

Press.az “Belfast Telegraph”a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in rəhbəri Roy MakQivern bildirib.

Şimali irlandiyalı futbol rəsmisi yada salıb ki, “Qarabağ”ın Avropada qrup təcrübəsi və yüksək reytinqi var: “Buna görə də onlar bizə qalib gələ bilərlər. Amma əgər biz evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq”.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la “Linfild” arasında ilk görüş avqustun 22-si Belfastda, cavab matçı avqustun 29-u Bakıda olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI