Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Rəqibin cüzi üstünlüyü var" - Roberto Bordin

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlıqlıdır. İlk oyunda düzgün mövqe seçərək, arxada qapandılar və fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə,  rəqibin cüzi də olsa, üstünlüyü var. Bizə qarşı fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir".

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, "Bney Yehuda" ilk matçda bütün heyətlə müdafiəyə qapanıb. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi 2 top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və işinin öhdəsindən gələcəklərinə əminliyini diqqətə çatdırıb.

Bordinin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, "Bney Yehuda" əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: "Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir".

Qeyd edək ki, sabah Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2 (Report).

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI