Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ayaz Quliyev Azərbaycan millisində çıxış edə bilər, amma..."

24 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın "Eurofutbol.ru" saytı Premyer Liqa klublarının qış fasiləsində həyata keçirdikləri ən bahalı transferlə bağlı yazı hazırlayıb.

Press.az xəbər verir ki, yazıda Moskva "Spartak"ının ötən yay "Rostov"a satdığı azərbaycanlı futbolçu Ayaz Quliyevi yenidən geri qaytarmasına da yer verilib. Həmçinin 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış etmək perspektivinə də toxunulub:

"Quliyev Azərbaycan yığma komandasında çıxış edə bilər. Məlumdur ki, Ramil Şeydayevdən sonra ona da vətəndaşlığını dəyişmək təklif olunub. Amma Şeydayevdən fərqli olaraq, yarımmüdafiəçi Rusiya millisində oynamaq istəyir. Ayazın "Spartak"dakı çıxışı onun yığmaya çağırılmasına kömək etməlidir".

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Quliyev 2018-ci ilin yayında 500 min avro qarşılığında "Rostov"a transfer olunmuşdu. Moskva təmsilçisi daha sonra 1 milyon avro ödəyərək, gənc yarımmüdafiəçini geri qaytarmışdı.

Oxşar xəbərlər