Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən bahalı futbol klubu AÇIQLANDI

06 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə konsaltinq şirkəti "Brand Finance"in versiyasına görə "Mançester Siti" İdünyanın ən dəyərli futbol brendi olub.

Press.az xəbər verir ki, çərşənbə axşamı şirkətin rəsmi saytında dünya futbol brendlərinin reytinqi dərc olunub.

“Mançester Siti”nin ümumi dəyəri keçən illə müqayisədə 23 milyon dollar artaraq 1,562 milyard dollardır. İngiltərə klubu son 4 ilin ən bahalı futbol brendi olan İspaniya "Real"ını reytinqdə birinci pillədən sıxışdırıb. Madrid klubu indi 255 milyon dollar dəyər itirərək 1,513 milyard dollar dəyərindədir. Ən bahalı brendlər üçlüyünü İspaniyanın "Barselona"sı qapayır - 1,425 milyard dollar.

Dördüncü yerdə İngiltərənin "Mançester Yunayted"i (1,412 milyard dollar), beşinci - "Liverpul" (İngiltərə, 1,411 milyard dollar), altıncı - Paris Saint-Germain (Fransa, 1,174 milyard dollar), yeddinci - "Bavariya" (Almaniya, 1,140 milyard dollar) qərarlaşıb. ), səkkizinci – “Arsenal” (İngiltərə, 940 milyon dollar), doqquzuncu – “Tottenhem” (İngiltərə, 931 milyon dollar), onuncu – “Çelsi” (İngiltərə, 893 milyon dollar).

Xatırladaq ki, “Mançester Siti” bu mövsüm İngiltərə Kubokunu və Premyer Liqanın qalibi olub və iyunun 10-da Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI