Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İbrahimoviç: "Onun ölümündən sonra futbol mənim üçün dəyişdi"

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbolçu karyerasını başa vuran Zlatan İbrahimoviç keçirdiyi mətbuat konfransında keçmiş agenti və dostu Mino Rayola haqda fikirlərini bölüşüb.

Press.az "Milan Zone"yə  istinadən xəbər verir ki, isveçli sabiq oyunçu bildirib ki, Rayola sağ olsaydı, futboldan getməzdi: "Mino ilə futbol və futboldan kənar həyatla bağlı hər şeyi paylaşdım. Onun ölümündən sonra futbol mənim üçün dəyişdi. O, hələ də burada olsaydı, mən oynamağa davam edərdim. Rayolanın verdiyi tapşırıqları bəyənərdim".

Mino Rayola və Zlatan İbrahimoviç 30 aprel 2022-ci ildə futbol agenti vəfat edənə qədər isveçli hücumçunun demək olar ki, bütün peşəkar karyerasını birlikdə çalışıblar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI