Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu klub Konfrans Liqasından kənarlaşdırıldı

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrail Futbol Federasiyasının İntizam Komitəsi “Beytar”ı Konfrans Liqasının seçmə mərhələsindən kənarlaşdırıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, klub ölkə kubokunun finalından sonra mükafatlandırma mərasimini pozduğuna görə cəzalandırılıb. Finalda “Beytar” “Makkabi”yə (Netanya) 3:0 hesabı ilə qalib gəlib.

Final fitindən sonra komandanın azarkeşləri meydançaya qaçaraq mükafatlandırma mərasimini pozublar, təhlükəsizlik işçiləri isə İsrail prezidenti İsaak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.

Konfrans Liqasının seçmə mərhələsində iştirakdan kənarlaşdırılmaqla yanaşı, "Beytar" 20 min dollar məbləğində cərimə olunub. Həmçinin, İsrail çempionatında 2023/24 mövsümündə komandanın üç xalı silinəcək və hadisə təkrarlanacağı təqdirdə klubun ölkə kubokunda qazandığı qələbə ləğv ediləcək.

"Beytar" İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Komandanın azarkeşləri Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 19-da Teddi stadionunda keçiriləcək İsrail və Andorra matçını pozmaqla hədələyirlər. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI