Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əliyar Ağayev Avropa çempionatının final mərhələsində

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın FİFA referisi Əliyar Ağayev gənclər arasında  Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Press.az law5-theref.blogspot.com saytına istinadən xəbər verir ki, o, Gürcüstanda keçiriləcək  A və C qrupunun matçlarını idarə edəcək hakimlər siyahısında yer alıb. Ə.Ağayevə Zeynal Zeynalov, Akif Əmirəli köməklik göstərəcəklər.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsi iki ölkədə - Gürcüstan və Rumıniyada keçiriləcək. 2023-cü ilin iyunun 21-də başlanacaq yarışa iyulun 8-də yekun vurulacaq.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI