“Sumqayıt” yeni mövsümdə ilk transferini reallaşdırıb.
Press.az xəbər verir ki, “Gənclik şəhəri”nin təmsilçisi sabiq qapıçısı Mehdi Cənnətovu geri qaytarıb.
Bir neçə gün əvvəl “Zirə”dən ayrılan Cənnətov artıq köhnə-yeni klubu ilə rəsmi müqavilə imza atıb. “Sumqayıt” tezliklə onun keçidini rəsmən açıqlayacaq.
Qeyd edək ki, “Anji”nin yetirməsi olan Cənnətov 2017-2021-ci illərdə “Sumqayıt”da çıxış edib. O, 2021-ci ildən Azərbaycan millisinə dəvət alır.
Xatırladaq ki, “Sumqayıt” qapıçı Aydın Bayramov, eləcə də Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə yolları ayırıb.