Cənubi Koreya çempionatında 16-cı turun görüşləri keçirilir.
Press.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecon Xana Sitizen" doğma meydanda "İnçeon Yunayted"lə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk qarşılaşmaya start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 16 turdan sonra 22 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında 6-cı pilləsində qərarlaşıb.