Dünən tarixində ikinci dəfə ölkə kubokunu qazanan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov klubun sabiq rəhbəri Tale Heydərovun yenidən “Qırmızı-qaralar”a böyük maliyyə vəsaiti ayıracağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Press.az saytına açıqlamasında o, Tale Heydərovun “Qəbələ”nin qazandığı uğurlarda böyük pay sahibi olduğunu vurğulayıb:
“Gilan” şirkəti bizim baş sponsorumuz olaraq alır. Tale Heydərov bu kuboku qazanmağımızda böyük pay sahibidir. Sizin vasitənizlə Tale Heydərova təşəkkür etmək istəyirəm. Komandaya Qəbələdə yaradılan şərait, hazırkı büdcə - bütün bunları edən məhz Tale Heydərovdur”.