Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Benzema da "Real"dan getdi - Rəsmi

04 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real" futbolçusu Kərim Benzema ilə yolları ayırıb.

Press.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransalı hücumçu ilə iyunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, Benzema Madrid təmsilçisinə 2009-cu ildə transfer olunub. "Real"da oynadığı 14 mövsümdə o, 25 titul qazanıb: 5 Çempionlar Liqası kuboku, 5 klublararası dünya çempionatı kuboku, 4 Avropa superkuboku, 4 La Liqa, 3 Kral kuboku və 4 İspaniya superkuboku .

Benzema "Real"da 647 oyuna çıxıb və 353 qol vurub. 35 yaşlı oyunçu klub tarixinin ən çox qol vuran 2-ci futbolçusudur.

İyunun 6-da oyunçu ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, "Real" bu ay Marko Asensio, Mariano Dias və Eden Hazardla da yolları ayırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI