“Turan Tovuz” qapıçısı Tərlan Əhmədli ilə müqaviləni daha 1 il müddətinə artırıb.
Press.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. T. Əhmədli 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, 28 yaşlı qolkiper ötən ilin iyunundan Tovuz təmsilçisində oynayır.
Xatırladaq ki, "Turan Tovuz" bu gün qapıçısı Kamal Bayramovla da yeni müqavilə imzaladığını açıqlayıb.