Azərbaycan kubokunda mövsümün qalibi olan "Qəbələ" mükafatlandırılıb.
Qol.az xəbər verir ki, bölgə təmsilçisinə "Bakcell Arena"da "Neftçi" ilə keçirilən final oyunundan (1:0) sonra qızıl medallar və kubok təqdim edilib.
Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da qatılıblar.
Xatırladaq ki, "Qəbələ" tarixi ərzində 2-ci dəfə Azərbaycan kubokunu qazanıb.