Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ" Azərbaycan kubokunu qazandı

03 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.

Press.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. "Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib. Bu vaxt "Qəbələ"dən İsnik Alimi 102-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Oyunda başqa qol olmayıb. Nəticədə "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımayıb. 

Qeyd edək ki, kubokun son qalibi "Qarabağ"dır. 

Azərbaycan kuboku

Final

20:00. "Neftçi" - "Qəbələ" - 0:1 

Qol: İsnik Alimi, 102-pen. (0:1)

"Bakcell Arena". 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI