"Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Press.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Murad Musayev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bizim üçün çox əhəmiyyətli oyundur. Bunu dərk edirik. "Bakcell Arena" bizim üçün düşərli stadiondur. Sabah buradan yenə qalib ayrılmağa çalışacağıq".
Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.