"Milan" futbolçusu Rafael Leau ilə müqaviləni uzadıb.
Press.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Milan"la Portuqaliya millisinin 23 yaşlı cinah oyunçusu arasındakı yeni anlaşma 2028-ci ilin yayına kimi hesablanıb.
Əvvəllər bildirilirdi ki, Leaunun maaşı illik 5 milyon avroya yüksələcək və üstəlik o. əlavə bonuslar da alacaq. Futbolçunun müqaviləsindəki təzminat məbləği isə 175 milyon avro təşkil edəcək.
Rafael 2019-cu ilin yayında İtaliya klubuna keçib. O, həmin vaxtdan indiyədək 162 oyuna çıxıb, 41 qol vurub, 29 qolun ötürməsini verib.