Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İqor Tudor "Marsel"dən gedir

01 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Marsel”in baş məşqçisi İqor Tudor mövsümün sonunda komandanı tərk edəcək.

Press.az xəbər verir ki, o, bu barədə Liqa 1-in son turunun “Ayaçço” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib:

“Bu komandada işləmək, bu ailənin bir hissəsi olmaq, azarkeşlərlə görüşmək və xüsusi enerjisi olan bir şəhərdə olmaq şərəf idi. Mən şəxsi və peşəkar səbəblərdən ayrılmaq qərarına gəldim. Mənim başqa klubla anlaşmam yoxdur”.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis ötən ilin yayından “Marsel”i çalışdırır. Onun komandası 37 turdan sonra 73 xalla Fransa çempionatında üçüncü yeri təmin edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI