Azərbaycanın taekvondoçularından Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqiblərinin adına aydınlıq gəlib.
Press.az xəbər verir ki, Səyyad Dadaşov yarışa 1/16 finaldan başlayacaq və bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı bu raundda Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.