"Neftçi" yeni tərəfdaş tapıb.
Press.az xəbər verir ki, "Errea" paytaxt klubunun forma sponsoru olub.
Son illərdə "Nike" ilə əməkdaşlıq etmiş "ağ-qaralar" artıq İtaliya brendi ilə anlaşıb.
Adıçəkilən marka növbəti 2 ildə "Neftçi"ni geyindirəcək. Bu kontrakt bakılıları maliyyə cəhətdən xeyli irəli salıb.
"Errea" onların həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalarını geyim dəstləri ilə təmin edəcək.