Millimizin baş məşqçisi Canni De Byazi ilrestodelcarlino.it saytına açıqlama verib.
Press.az xəbər verir ki, italiyalı mütəxəssis deyib ki, yanvarda iş yerini dəyişə bilərdi: "Azərbaycanda Albaniyada etdiklərimi təkrarlamaq istədim. Amma sonra vəziyyətin bir qədər fərqli olduğunu anladım. Mən nəticələr üçün yaşayıram və tez-tez uduzanda əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Ümid edirəm ki, yaxşı gün keçirəcəyik. Yanvarda iş yerimi dəyişə bilərdim, amma müqaviləmdəki öhdəliyə hörmət etmək istədim və bunu sona qədər yerinə yetirəcəyəm”.
Qeyd edək ki, De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır.