UEFA klubların transfer xərclərinə və futbolçuların maaşına limit tətbiq etməyə hazırlaşır.
Press.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilib ki, qurum radikal planını 2024-cü ildə həyata keçirmək istəyir. Bu qərar qüvvəyə minəcəyi təqdirdə, klublar bir mövsümdə əldə etdikləri gəlirin 80 faizini xərcləyə biləcək. 2025-ci ildə isə bu rəqəm 70 faizə düşəcək.
Planın təsdiq olunsa, klublara ciddi maliyyə nəzarətinin aparılacağı bildirilir.