Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlandı

31 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Forbes" jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.

Press.az "Report"a istinadən xəbər verir ki, siyahıya İspaniya "Real Madrid"i başçılıq edir. "Kral klubu"nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.

İkinci pillədə İngiltərə "Mançester Yunayted"i qərarlaşıb - 6 milyard dollar. İlk "üçlüy"ü İspaniya "Barselona"sı (5,51 milyard dollar) tamamlayır.

İngiltərə "Liverpul"u (5,29 milyard dollar) dördüncü, "Mançester Siti" (4,99 milyard dollar) beşincidir.

Dünyanın ən dəyərli klublarının "Top-10" reytinqinə, həmçinin, Almaniyanın "Bavariya" (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin "Çelsi" (3,1 milyard dollar), "Tottenhem" (2,8 milyard dollar) və "Arsenal" (2,26 milyard dollar) klubları da daxildir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI