Bakıda taekvondo üzrə dünya çempionatı davam edir.
Press.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb. 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılıb. Ancaq 1/8 finalda Migel Treyosuna (Kolumbiya) uduzub.
87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) məğlub etsə də, 1/8 finaıda Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.
Qdınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 49 kq-da /16 finalda Çina Murakamiyə (Yaponiya) qalib gəlib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.
Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.