"Çelsi" Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Press.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Argentinalı mütəxəssis iyulun 1-də işə başlayacaq. O, daha bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə imzalayıb.
Qrem Potterin qovulmasından sonra "Çelsi"nin baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Frank Lempard icra edirdi.
"Çelsi" bu mövsüm Premyer Liqanı 12-ci pillədə başa vurub.