"Milan" yay transfer pəncərəsi üçün yeni futbolçu ilə razılaşıb.
Press.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyası təmsilçisi Dayçi Kamadanı heyətinə qatacaq. 26 yaşlı yarımmüdafiəçinin "Ayntraxt"la müqaviləsi bu yaya qədərdir. O,"Milan"a azad agent kimi keçəcək.
Futbolçu ilə "Atletiko" və "Borussiya" Dortmund da maraqlanırdı. Lakin "Milan" onları qabaqlamağı bacarıb.
Qeyd edək ki, Dayçi başa çatan mövsümdə Bundesliqada 32 oyunda 9 qol vurub, 6 qolun ötürməsini verib.