Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Spaletti: "Özümü yorğun hiss edirəm, fasilə verməliyəm"

29 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Napoli"nin baş məşqçisi Luçano Spaletti bu mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyib.

Press.az "Football Italia"ya istinadən xəbər verir ki, o, bir 1 illik istirahət etmək istədiyi üçün bu qərarı verdiyini deyib: “Bəzən ən böyük sevgi ilə belə ayrılmalısan. İndi "Napoli"nin layiq olduğu hər şeyi verməyə hazır deyiləm. Mənə bir az istirahət lazımdır. Özümü yorğun hiss edirəm. Bir müddət fasilə verməliyəm. “Napoli”ni və ya başqa heç bir komandanı çalışdırmayacağam, bir illiyə futboldan gedəcəyəm".

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, Spalettinin gedişinə səbəb Neapoln klubunun prezidenti Aurelio De Laurentislə fikir ayrılıqlarıdır.

Xatırladaq ki, bu mövsüm Luçanonun rəhbərliyi altında "Napoli" 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI