PSJ-nin futbolçusu Neymarın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Press.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, ötən gün "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola braziliyalı hücumçu ilə əlaqə saxlayıb . Mütəxəsis Neymarla oyunçunun əhval-ruhiyyəsi və yay transfer pəncərəsi öncəsi niyyətləri haqda danışıb. Ancaq futbolçunun"Siti"yə keçmə ehtimalı son dərəcə aşağı olduğu vurğulanıb.
Neymarın yayın sonunda tam məşqlərə qayıtması gözlənilir və hazırda ayaq biləyinin bağlarından əməliyyatdan sonra sağalmağa davam edir. O, 2022/23 mövsümündə PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.