"Bavariya"nın baş məşqçisi Tomas Tuhel klubun idarə heyətinin sədri Oliver Kan və idman direktoru Hasan Salihamidziçin istefaya göndərilməsindən sonra Münhen klubunu tərk etməyəcək.
Press.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün “Tvitter” səhifəsində yazıb. Bildirilib ki, almaniyalı mütəxəssisin "Bavariya"dan ayrılmaq fikri yoxdur. O, direktorlarla vəziyyətə aydınlıq gəlməsini gözləyir, amma yenə də Münhen klubunun layihəsində 100 faiz iştirak edir.
Xatırladaq ki, bundan əvvəl Tuhelin O.Kan və H. Salihamidziçin istefaya göndərilməsindən sonra klubu tərk edə biləcəyi haqda xəbərlər yayılmışdı.