Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov Ramil Şeydayevin gedişindən danışdı

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ramil Şeydayevin komandadan gedişini təsdiqləyib.

Press.az xəbər verir ki, o, çempionluq kubokunun təqdimolunma mərasimində jurnalistlərə açıqlamasında bu barədə danışıb:

"Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, amma Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandada da onunla bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür etdik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan biri vidalaşdıq. İkimiz də duyğulandıq".

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI