Azərbaycan Premyer Liqasında mövsümün qalibi olan "Qarabağ" mükafatlandırılıb.
Press.az xəbər verir ki, Ağdam klubuna bu gün çempionatın sonuncu - 36-cı turunda "Turan Tovuz"la "Azərsun Arena"da keçirilən oyundan (3:1) sonra qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, klub prezidenti Tahir Gözəl qatılıblar.
Xatırladaq ki, "Qarabağ" tarixi ərzində 10-cu dəfə Azərbaycan çempionu adını qazanıb.