"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün qalan oyunları ilə bağlı gözləntilərini bölüşüb.
Press.az xəbər verir ki, mütəxəssis deyib: “Əlbəttə, mən "Brentford"la qarşıdakı oyundan daha çox “Mançester Yunayted” və “İnter” haqda düşünürəm. Çox çalışmalı və rəqiblərini öyrənməlisən. “Brentford”, “Yunayted” və “İnter” də qələbə qazanmaq istəyir, məşq edirlər. Mən bir məşqçi kimi həmişə məğlub olmaqdan qorxuram, rəqibin güclü tərəflərindən qorxuram - hansının olmasından asılı olmayaraq. Özünüzü sakitləşdirmək və oyunçulara sakitliyi çatdırmaq üçün bunu dərk etməlisiniz. Bunsuz mən yaşaya bilməzdim. Buna görə də komanda bir neçə ildir ki, stabildir”.
"Siti" Premyer Liqada "Brentford", kubokda "Yunayted" və Çempionlar Liqasında "İnter"lə qarşılaşacaq.