PSJ-nin hücumçusu Kilian Mbappe komandasının çempion olması barədə danışıb.
Press.az xəbər verir ki, fransalı hücumçu bu haqda öz sosial şəbəkə hesabında paylaşıb. Forvard yazıb:
“Fransa çempionu. 11-ci titul. Xanımlar və cənablar, Fransanın ən böyük klubu PSJ-dir”.
Qeyd edək ki, Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 40 qol vurub və 9 məhsuldar ötürmə edib.