Azərbaycan cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda 3 medal qazanıblar.
Press.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü oğlanların yarışında 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
50 kq çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.
55 kq çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.