Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə çempionu ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayacaq

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliya A seriyasında "İnter"in Çempionlar Liqasına vəsiqəni təmin etməsi Türkiyə Superliqasının çempionuna da təsir edəcək.

Press.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"İnter" A seriyasının 37-ci turunda “Atalanta” üzərində 3:2 hesablı qələbə qazanıb və ÇL-ə vəsiqəni təmin edib. Artıq Çempionlar Liqasının hər iki finalçısı (digəri İngiltərə klubu “Mançester Siti”) öz çempionatından ÇL-ə vəsiqə əldə etdiyi üçün avtomatik olaraq  Türkiyə çempionu turnirin 2-ci təsnifat mərhələsindən yarışa qoşulmaq imkanı qazanıb.

Beləliklə, Türkiyə Superliqasını qazanacaq komanda 2023/2024 mövsümündə Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindən azad olacaq və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. 

ÇL-in 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab qarşılaşmaları isə 18-19-da oynanılacaq.

2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI