Ötən gün Bundesliqada çempionluğu rəsmiləşdirən “Bavariya” klubun idarə heyətinin sədri Oliver Kan və idman direktoru Hasan Salihamidziçlə yollarını ayırdığını açıqlayıb.
Press.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Klubun növbədənkənar iclasında belə qərar qəbul edilib.
Oliver Kanı Kristian Drizen əvəz edəcək. Salihamidziçin əvəzedicisi isə hələlik məlum deyil.
Həmçinin bildirilir ki, Münhen təmsilçisi sözügedən şəxslərə komandanın çempionluq bayramında iştirak etmıyə də icazə verməyib. Kan bununla bağlı deyib: "İnanılmaz.... Təbriklər, uşaqlar! Mən həmişə demişəm: Cəhd edin və heç vaxt təslim olmayın. Mən bu nailiyyətlə inanılmaz qürur duyuram. Mən çempionluğu sizinlə qeyd etmək istərdim. Amma təəssüf ki, klub mənə qadağa qoyduğu üçün bu gün sizinlə ola bilmirəm. Növbəti mövsümü səbirsizliklə gözləyirəm”.