Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Messi dünya rekordunu təkrarladı

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin futbolçusu Lionel Messi yeni uğurlara imza atıb.

Press.az xəbər verir ki, o, ən çox kubok qazanmaq üzrə dünya rekordunu təkrarlayıb.

Onun komandası ötən gecə Fransa çempionluğunu rəsmiləşdirib. Nəticədə 35 yaşlı hücumçu karyerasında 43-cü titulu əldə edib. Bu göstəricidə Messi "Barselona"dakı sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.

Messinin PSJ-də 2 Fransa çempionluğu və Superkuboku qazanıb. O, “Barselona”nın heyətində 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya kubokunun, 3 dəfə klublararası dünya çempionatının və 3 dəfə də Avropa Superkubokunun qalibi olub. Forvard Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb.

Həmçinin Lionel Messi Avropanın “Top-5” liqasında vurduğu qolların sayına görə də yeni uğura imza atıb. O, hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonu qabaqlayıb. Messi Fransa çempionatının 37-ci turunun "Strasburq"la matçında  fərqlənməklə "Top-5" liqalardaa 496-cı qolunu vurub. Ronaldonun aktivində 495 qol var. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI